YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm dostluq əlaqələri

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan və Gürcüstan dövlətləri arasındakı münasibətlərin tarixi kökləri vardır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdr. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Xüsusilə qeyd etmək lazımdır ki, dövlətlərimiz arasındakı əlaqələrin güclənməsi məhz Ümummillil Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə mümkün olmuşdur. Belə ki, 1993-cü ildə Azərbaycanda dahi Heydər Əliyevin və Gürcüstanda Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi, Qafqazda nisbi siyasi sabitliyin yaranması, Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi, demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması kimi mühüm məsələlər dövlətlərimizi birləşdirən siyasi xətlərdir. Bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Hazırda Ölkə Prezidenti İlham Əliyevin apardığı düzgün xarici siyasət nəticəsində Gürcüstanla olan möhkəm dostluq və sıx əməkdaşlıq əlaqələri davam etdirilir.

Bildiyimiz kimi bir neçə gün öndə dövlətimizin başçısı İlham Əliyev Gürcüstana səfər edib. Səfər çərçvəsində Prezident İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olub ki, bu isə Gürcüstan dövlətinin və xalqının müstəqil Azərbaycanın qurucusu dahi Heydər Əliyevin xatirəsinə olan dərin ehtiramının ifadəsidir. Cari ilin oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Gürcüstan Baş naziri qeyd edib ki, cənab Əliyev ilə biz hazırkı strateji tərəfdaşlığımızı və əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Bizim ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Bəli, bu isə onu göstərir ki, dövlətlərimiz arasındakı hərtərəfli dostluq münasibətləri gələcəkdə də yüksələn xəttlə inkişaf edəcəkdir.

Prezident İlham Əliyev vurğulayıb ki, gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir.  Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.

Həqiqətən Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, bizim Prezident İlham Əliyev kimi güclü Liderimiz var və O, xalqımızın maraqları naminə böyük siyasət həyata keçirir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu günbəgün artır, dostluq və əməkdaşlıq münasibətlərimizin çevrəsi genişlənir və ölkəmiz böyük inkişaf yolu keçir.