YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstək və arzuların reallaşması

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

“2020-ci ilin 27-i sentyabrda  başlanan və 44 gün davam edən Vətən müharibəsi 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatla Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli razılaşma ilə otuz illik münaqişə başa çatdı.” Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev qeyd edib ki, “üçtərəfli bəyanatın imzalanması nəticəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı qondarma ərazi adı tarixin arxivinə göndərildi: “Bununla separatizmə sarsıdıcı zərbə vuruldu və o tamamilə süquta uğradı. Eyni zamanda Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu dəyişdi və itirilmiş əraziləri qaytarmağa nail oldu. İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoyuldu. Otuz illik işğal siyasəti başa çatdı və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Ermənistan və ona havadarlıq edənlərin Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst edildi. Sözsüz ki, bu reallıq “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsini də arxivə göndərdi”. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası ilə torpaqlarımızın işğaldan azad olmasının ən başlıca təzahürü kimi öz təsdiqini tapdı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Dövlətimiz hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi. Bizim hər zaman yanımızda  olan qardaş Türkiyə faktoru və verilmiş mənəvi-siyasi dəstək olduqca böyük önəm kəsb edirdi. Müharibənin ilk saatlarından Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi”.

YAP sədri hesab edir ki, 2020-ci il 10 noyabrda  imzalanmış üçtərəfli razılaşma ilə bölgədə yeni kommunikasiya layihələri üçün zəmin yaradır: “İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaq. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bölgədə bu yeni canlanmaya, iqtisadi siyası əlaqələrin daha da inkişafına təkan verəcək. Ermənistanın bu prosesdə maraqlı olması sözsüz ki,  onun üçün daha əlverişli imkanlar deməkdir. İşğal siyasətinə görə, blokada vəziyyətinə düşümüş Ermənistan nəhayət normal konstruktiv mövqe sərgiləməklə region dövlətləri ilə eyni zamanda qlobal miqyasda çıxış imkanları qazana biləcək. Amma bunun əksinə olacaq bütün gedişlər Ermənistan üçün arzuolunmaz vəzziyyət olacaqdır”.

Abbas Əliyev vurğulayıb ki, Sentyabrın 19-20-də baş tutmuş lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisində separatizmin kökünü birdəflik kəsməklə Ermənistanın işğal, mənimsəmə və torpaq iddiasına son qoymaqla yanaşı Azərbaycan ərazisində ikinci erməni dövlət yaratmaq kimi absurd iddialarını da birdəfəlik tarixin arxivinə göndərdi. Xankəndində Ali Baş Komandanın rəhbərliyilə ucaldılan şanlı üçrəngli bayrağımız və keçirilən qələbə paradı xalqımızın istək və arzularının reallaşması oldu”.