YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər seçkiləri yeni dövrün başlanğıcı olacaq

Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisinin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva təşviqat qrupunun üzvləri, Rəna Mirzəzadə, Əlimusa İbrahimov, Azad Rzayev, Elçin Məmmədov və Əli İsmayılov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı.

Xüsusi olaraq  vurğulanıb ki, fevralın 7-də keçiriləcək seçkilər ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək zirvələri fəth etdirərək tariximizin Zəfərlər səhifələrini yazdı. Bu gün imzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün,  suverenliyimizin tam bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təsdiqidir.

Bildirilib ki,  Prezident İlham Əliyev bundan sonra da xalqına və dövlətinə sədaqətlə xidmət edəcək, yeni zirvələrin fəth edilməsi, ölkəmizin daha da güclənməsi, qüdrətli ölkəyə çevrilməsi, onun dünya ölkələri arasında öz layiqli yerini tutması üçün uğurlu siyasətini davam etdirəcək. Bu baxımdan, Zəfər seçkisi kimi dəyərləndirilən prezident seçkiləri yeni dövrün başlanğıcı olacaq.

Çıxış edən seçicilər də 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini bildiriblər.