YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın öz Liderinə etimadı yüksəkdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazaxda seçicilərlə görüş keçirilib.  

Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri İlham Pirməmmədov, Məmməd Yusifov, Gülnaz Alişanova, Sevda Həsənova, İsgəndər Qurbanov, Kazım Kazımlı, Vaqif Nəsibov, Qədir Əfəndiyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və Onun siyasətini dəstəkləyir. Qeyd olunub ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi  20 il ərzində görülən işlər, həyata keçirilən məqsədyönlü siyasət, qazanılan uğurlar və qələbələr hər birimizin qürurudur.

Natiqlər bütün seçiciləri bu qələbələrin davamı üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.