YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Müasir tariximizin yeni dövrü başlayır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Füzuli şəhərində, Alıxanlı və Kürdmahmudlu kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşlərdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşviqat qrupunun üzvləri Almaz Həşimova, Müşfiq Həsənov, Roza Mirzə, şəhid anası Tamella Məmmədova çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Zəfər seçkiləri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davamını təmin edəcək və bizim gələcək nailiyyətlərimizi şərtləndirəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması müasir tariximizin yeni dövrü hesab edilir. Yeni dövrün də qarşıya qoyduğu mühüm hədəflər var. Bu hədəflərə yalnız qalib xalqın lideri İlham Əliyevin sayəsində çatmaq mümkündür.

Seçicilər çıxış edərək qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.

Qeyd edək ki, həmin gün seçicilərlə fərdi görüşlər də keçirilib.