YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Daha bir möhtəşəm qələbə qazanacağıq!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şirvan şəhərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, təşviqat qrupunun üzvləri Valeh Xudaverdiyev, Eldar Hüseynov, Baxşalı Süleymanov, Akif Saqiyev, Vasif Əlizadə və Habil Alıyev çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyi vurğulanıb. Bildirilib ki, qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir. Çünki bu seçki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün suveren ərazilərində keçiriləcək.

Natiqlər əminliklə qeyd ediblər ki, Azərbaycan xalqı yenə də qalib Prezident, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək daim Onun yanında olacaq, Azərbaycan demokratik inkişafına səs verəcəklər.

Seçicilər isə cənab İlham Əliyevə dəstək ifadə edərək “Daha bir möhtəşəm qələbə qazanacağıq!” ,- deyə vurğulayıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.