YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Mənsum İbrahimov: Qarabağımızın xilaskarına səs verəcəyik

“Bu gün biz qalib dövlətin vətəndaşlarıyıq. Qürurvericidir ki, 30 il işğalda olan torpaqlarımızı Prezident, Ali Baş Komandan İlham Əliyevin  ətrafında bir yumruq kimi birləşərək azad etdik”.

Bu fikirləri tanınmış xanəndə, Xalq artisti, professor Mənsum İbrahimov bildirib.

M.İbrahimov qeyd edib ki, Vətən müharibəsi zamanı qəhrəman ordumuz öndə, xalqımız arxa cəbhədə böyük şücaət göstərdi: “Əlbəttə ki, bütün bunlar bizim birliyimiz və həmrəyliyimiz sayəsində oldu. İnanıram ki, bu seçkilərdə də biz fəal olacaq, yumruq kimi birləşəcək və Qarabağımızın xilaskarına, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəyik. Bu seçkilər tamamilə fərqlidir. Ona görə ki, bizim Zəfər seçkimizdir”.

M.İbrahimov vurğulayıb ki, bu seçkilər artıq Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla Azərbaycanın bütün ərazisində keçiriləcək: “Dünyada yaşayan bütün həmvətənlərimizlə birlikdə ilk dəfə olaraq qalib xalq kimi səs verəcəyik. Bu, olduqca qürurvericidir. Bütün sənət dostlarıma, bütün xalqımıza səslənirəm: necə ki, biz birləşərək torpağımızı mənfur düşməndən azad etdik, 7 fevralda da biz bir olaraq prezident seçkilərinə getməliyik. Təbii ki, ən layiqli namizədə - cənab İlham Əliyevə səs verməliyik”.