YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Bizə Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımızı ürəkdən dəstəkləyirik”

Laçın şəhəri və Zabux kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Laçın şəhərində və Zabux kəndində seçicilərlə görüş keçirilib.

Görüşlər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşlərdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Mahir Abbaszadə, təşviqat qrupunun üzvləri Ələmdar Şahverdiyev, Sevinc Əliyeva, Mikayıl Zeynalov, Elnur Əliyev  və  Şahin Həsənov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin zirvəsini ərazi bütövlüyünün və suverenliyin bərpa olunması təşkil edir. Müstəqillik tarixində ilk dəfə olaraq Laçında seçki kampaniyasının aparılmasının sevincini yaşayan görüş iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə Laçın rayonunda intensiv quruculuq işləri davam edir. Ötən il isə Laçın şəhərinin və Zabux kəndinin sakinləri doğma yurda qayıdışın sevincini yaşayıblar.  Artıq Laçın şəhərində və Zabux kəndində seçki məntəqləri fəaliyyət göstərir.

Natiqlər laçınlıları yurd həsrətinə son qoyan, xalqımıza qələbə sevincini yaşadan  Müzəffər Ali Baş Komandan İlham Əliyevə  səs verməyə çağırıblar.

Görüşlərdə iştirak  edən Laçın şəhərinin və Zabux kəndinin seçiciləri seçki günü böyük ruh yüksəkliyi ilə məntəqələrə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər. “Bizə Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımızı ürəkdən dəstəkləyirik”,- deyə vurğulanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Zabux kənd sakini, şəhid ailəsinin üzvləri Firəngiz Mahmudova və Qərənfil Məmmədova, həmçinin Laçın şəhər sakini Çıraq Hüseynovun ailəsi ziyarət olunub.