YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlham Əliyev bütün vədlərini yerinə yetirib!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Babək rayonunda seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, partiyanın Mərkəzi Seçki Qərargahının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan MR Ali Məclisinin deputatı Turan Məmmədli və digərləri çıxış ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə bildirilib ki, Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri yerinə yetirib, ölkəmizin bütün sahələrdə sürətli inkişafa nail olub, müasir və peşəkar ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam təmin edib. Dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi həyatında önəmli rol oynayır.

Çıxış edənlər prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.