YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurların davamına səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Şamaxı rayonunda şəhid ailələrinin üzvləri, müharibə veteranları və qazilərlə görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, təşviqat qrupunun üzvləri İsaxan Vəliyev, Ağarza Bayramov, şəhid valideynləri Rza Nəbiyev, Sübhan Allahverdiyev və Güllü Babaşova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar nəticəsində ölkəmiz ötən müddətdə iqtisadi müstəqilliyin təmin olunması yolunda inamlı addımlar atıb.

Natiqlər seçiciləri bu uğurların davamına - cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.