YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Ali Baş Komandanla yeni zəfərlərə doğru!

İmişli rayonunun Qaradonlu, Çahar, Gövhərli, Qaraqaşlı və Mürsəlli kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da İmişli rayonunun Qaradonlu, Çahar, Gövhərli, Qaraqaşlı və Mürsəlli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid atası Nizami Səfərov, Vətən müharibəsi iştirakçısı Səbuhi Şahgəldiyev,  təşviqat qrupunun üzvləri Novruz Quliyev, Cəlil Əliyev, Ziya Paşayev və Nizami Məmmədov çıxış ediblər. Çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 20 il quruculuq, müasirləşmə, sürətli tərəqqi və ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövrü kimi tarixin yaddaşına qızıl hərflərlə həkk olunub. Tarixi Zəfərdən sonra Qarabağın yenidən bərpası, dirçəldilməsi, cənnət məkanına çevrilməsi işlərinə, Böyük Qayıdışa start verilib.

Seçicilər ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək Zəfər seçkisinin qalibinin məhz cənab İlham Əliyev olacağından əminliklərini ifadə ediblər.