YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Göygöllülərin seçimi bütün vədlərinə əməl edən cənab İlham Əliyevdir”

Göygöl rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Göygöl şəhərində, rayonun Haçaqaya və Sərkar kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Mahir Hacıyev, Dilarə Qazıyeva və Yeganə İsgəndərova çıxış ediblər. Çıxışçılar Prezident  İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən bəhs edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən  müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıb, ölkəni inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdırdığını bildirərək, qədirbilən xalqımızın Prezident İlham Əliyevə hər zaman etimad göstərməklə uğurlu daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək qiymətləndirdiyini söyləyiblər.  

Seçicilər yeganə seçimlərinin cənab İlham Əliyevin olacağını bəyan edərək onun rəhbərliyi altında Azərbaycan xalqının yeni zəfərlərə imza atması üçün mübarizə aparmağa hər an hazır olduğunu bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.