YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tarix yazan Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Xaçmaz rayonunda  seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, YAP İdarə Heyətinin üzvləri Elnarə Akimova və Elnur Sadıqov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Firəngiz Qonaqova, İmran Museyibov çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb.

Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın  bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək seçicilərin fevralın 7-də cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.