Xəbərlər
Vədinə sadiq Lider
Xətai rayonunda məhəllə görüşləri davam edir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Xətai rayonunda “qapı-qapı” məhəllə görüşlərinin qrafikinə uyğun olaraq seçicilərlə növbəti görüşlər keçirilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Ulu Öndərin bütün arzularını reallığa çevirdi. 30 ilin işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, Azərbaycanın qalib ölkə olaraq yeni reallıqları diktə etməsi, sözünün imzası qədər dəyərli olması Heydər Əliyev siyasətinin təntənəsidir. Ötən ilin oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaldan Müzəffər Ali Baş Komandan verdiyi vədlərin hamısını yerinə yetirdiyini böyük qürur hissi bildirdi.
YAP Xətai rayon təşkilatının sədri seçiciləri qələbələrimizin davamı, xalqımızın xoşbəxt gələcəyi üçün 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşlərdə çıxış edən seçicilər müstəqil Azərbaycanın firavanlığı naminə Qalib xalqın qalib Lideri İlham Əliyevə verəcəklərini bildiriblər.
Qeyd edək ki, “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Xətai rayonunun Gəncə prospekti 69 və 63 ünvanlarında yaşayan seçicilərlə də görüşlər keçirilib.