YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyevin rəhbərliyi ilə qələbədən-qələbəyə!

Gədəbəy rayonunun Arıqıran, Novoivanovka və Çobankənd kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Gədəbəy rayonunun Arıqıran, Novoivanovka və Çobankənd  kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, YAP Təftiş Komissiyasinin sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, təşviqat qrupunun üzvləri Zaur Mehdiyev, Pərviz Bayramov, Günay Xudaverdiyeva, şəhid ataları Cahangir Əliyev, Qurban Rzayev, Vətən müharibəsinin iştirakçıları İlqar Məmmədov, Samir Ələsgərov, Tural Orucov, Sərvan Məsimov və  başqaları çıxış ediblər. Natiqlər seçiciləri xalqımıza qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də fevralın 7-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.