YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qarşılıqlı inam və etimad

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Gəncə şəhərinin M.Əliyev, E.Allahverdiyev, Ş.Rustaveli, A.Yıldırım, Həsən Əliyev, M.Müşfiq, Şəddadilər və Şahsevənlər küçələri, eləcə də IV mikrorayon ərazisində yaşayan  seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP İdarə Heyətinin üzvləri - partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatı Müşfiq Cəfərov, təşviqat qrupunun üzvləri Sevinc İsgəndərova, Tərlan Hüseynova, Nizami Əhmədov, Eldar Mehdiyev və başqaları çıxış ediblər.

Natiqlər seçiciləri 7 fevral tarixində Azərbaycanın uğurlu gələcəyinə, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.