YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha böyük qələbələr naminə Müzəffər Liderimizə səs verəcəyik!

Göygöl rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Göygöl rayonunun Çaylı, Pənahlılar və Dozular kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Vilayət Musayev və Dilarə Qazıyeva  çıxış ediblər.

  Çıxışlarda qeyd olunub ki, Azərbaycan son 20 ildə mühüm inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib, ölkəmiz bütün sahələrdə nailiyyətlər əldə edib. Hər bir uğurun arxasında düşünülmüş, gələcəyə hesablanan strateji addımlar dayanır ki, bu da ölkəmizin 20 ildə qazandığı uğurlarda əksini tapıb.

Çıxış edən seçicilər isə yeganə seçimlərinin cənab İlham Əliyevin olacağını bəyan edərək onun rəhbərliyi altında Azərbaycan xalqının yeni-yeni zəfərlərə imza atması üçün mübarizə aparmağa hər an hazır olduğunu bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.