YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan daha güclü və qüdrətli dövlətə çevriləcək

Zəngilan rayonundan olan seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində zəngilanlı seçicilərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qalib xalqın qalib Lideri” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təşviqat  qrupunun üzvləri İsa Musayev və Güləndam Mahmudova çıxış ediblər.

Bildirilib ki, Azərbaycanın son 20 ildə nail olduğu misilsiz nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli liderliyinin nəticəsidir.

Qarşıda yeni hədəflərin olduğunu deyən natiqlər əminliklə söyləyiblər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan daha güclü və qüdrətli dövlətə çevriləcək.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.