YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alternativsiz Lider

Masallı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Masallı rayonunun Dəlləkli, Əminli, Xallıcallı, Kürdəbazlı, Qədirli, Şəhriyar, Xoşçobanlı, Ləngan, Mollahəsənli, Sığıncaq və Sirəbil kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupunun üzvləri Eldar Kazımov, Səfalı Paşayev, Teymur Hüseynov, Sakit Ağayev, Nahid Rəhimov, Zamin Məmmədov, Əntiqə Tağıyeva, Rəbbi Kərimov, Ramiz Eynullayev, Şakir Kərimov, Cavanşir Əhmədov, Zayid Məmmədov, Camal Ağarəhimov, Fərasət Mikayılov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Silahlı Qüvvələrin inkişafına verdiyi töhfə Vətən müharibəsində, sonradan isə antiterror tədbirlərində öz uğurlu nəticəsini verib. Bu gün Azərbaycan ərazisi işğalçılardan, separatçılardan təmizlənib.

Natiqlər tariximizə qızıl hərflərlə yazılacaq şanlı Zəfəri bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin alternativsiz Lider olduğunu deyib, rayon sakinlərini prezident seçkilərində qalib Liderə səs verməyə çağırıblar.