YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərurda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Şərur rayonunun Siyaqut, Kosacan və Dizə kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Günel Vəliyeva, Yeganə Məmmədova, Musa Vəliyev, təşviqat qrupunun üzvləri Mirabbas Eminov, Əli Nəcəfov, Əli İsmayılov, Adil Əhmədov, Tahir Əliyev, Ələkbər Süleymanov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının müstəqillik dönəminin ən böyük uğuru olduğu bildirilib. Son 20 il ərzində bütün sahələrdə əldə olunan nailiyyətlərə görə cənab İlham Əliyevə minnətdarlıq ifadə edilib. Vurğulanıb ki, yeni hədəflərin uğurla reallaşdırılması üçün 7 fevral prezident seçkilərində xalqın Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə növbəti dəfə etimad göstərəcəyi şübhəsizdir.

Təşviqat qrupunun üzvləri seçiciləri ölkəmizin yeni zəfərlərə imza atması naminə qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar.