YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni zirvələrə doğru

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da YAP Yasamal rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri Tünzalə Zeynalova, İradə Hüseynova, Rəna Mirzəzadə, Mehriban Ələkbərzadə və Lalə Bayramova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına qaldırıb. Qeyd olunub ki, son 20 ilin uğurlarının zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. Bu gün artıq işğaldan azad olunmuş bütün ərazilərimizdə şanlı üçrəngli bayrağımız dalğalanır.

Natiqləri seçiciləri fevralın 7-də Zəfərlərimizin memarı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə Azərbaycanın xoşbəxt gələcəyi naminə qalib Lider İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, Yasamal rayonunun M.Xiyabani, A.M.Şərifzadə, Ə.Cəmil, H.B.Zərdabi, M.Seyidov və Müstəqillik küçələrində yaşayan seçicilərlə fərdi görüş  keçirilib.