YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Azərbaycan xalqı onu zəfərlərə aparan qalib Liderə səs verəcək!”

Nəsimi rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Vaqif Şadlinski, Razim Zeynalov, Əvəz Ələkbərov, İmamverdi Həmidov  çıxış ediblər. Çıxışlarda  Prezident İlham Əliyevi Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən Lider olduğu qeyd olunub.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq  Mirəli Qaşqay küçəsinin seçiciləri ilə məhəllə görüşü keçiriblər.