YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Qalib Liderimizə inanır, güvənir və böyük etimad bəsləyirik”

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyinin təşkilatçılığı ilə gənclərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən işlər və əldə olunmuş nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Elnur Allahverdiyev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu gənclər siyasəti sayəsində yüksək potensiala malik vətənpərvər Azərbaycan gəncliyinin formalaşdığını diqqətə çatdırıblar. 7 fevral seçkilərinin gənclərin yeni uğurlar və qələbələr naminə cənab İlham Əliyevə qətiyyətli dəstəyinin daha bir ifadəsi olacağına əminlik bildirilib. “Azərbaycan gəncliyi sözü imzası qədər dəyərli olan qalib Liderimizə inanır, güvənir, böyük etimad bəsləyir”,- deyə vurğulanıb. 

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.