YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İşıqlı sabaha səs verək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da YAP Qax rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, YAP Gənclər Birliyinin üzvü Salman Salmanov, təşviqat qrupunun üzvləri Rahin Əliyev, Polad Seyidli, Fərid Kərimov, şəhid atası Çingiz Qarayev, şəhid qardaşı Nadir Ziyadlı, müharibə veteranı Təbriz Cavadzadə çıxış ediblər.

Çıxışlarda bildirilib ki, xüsusilə də Prezident İlham Əliyevin siyasəti nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub. Haqq-ədalət öz yerini tutub, əzəli-əbədi Azərbaycan torpaqları əsl sahiblərinə qayıdıb. Ölkəmizin hər yerində üçrəngli bayrağımız dalğalanmaqdadır.

Təşviqat qrupunun üzvləri seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal olmağa, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün rayonun Əmircan, Əmbərçay, Qaratala kəndlərindən olan seçicilərlə də görüş keçirilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.