YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Son 20 ilin möhtəşəm uğurlarına əsaslanaraq...

"Cənab İlham Əliyevə səs verəcəyik!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qaradağ rayonunun Səngəçal qəsəbəsindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri Sahibə İlyasova, Leyla Əsədullayeva,  Lütvəli Sultanov, Ceyhun Fərzəliyev, Lalə Nağılı və başqaları çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin siyasətinin zirvəsində tarixi Zəfər nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dayanır.

Seçicilər isə son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.