YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax rayonunda seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Qazax rayonunun Kosalar kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Akif Əmirov, Bəsdi Ələkbərova,  Məmməd Yusifov, Sevda Həsənova, Cavanşir Rüstəmov, Qədir Əfəndiyev və İsgəndər Qurbanov çıxış ediblər.  Çıxış edənlər son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətdən, ölkəmizin sürətli və davamlı inkişafından, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərindən, “Böyük Qayıdış”ın uğurla davam etdirilməsindən, müasir, dünya standartlarına uyğun ordu quruculuğundan ətraflı bəhs ediblər.

Natiqlər seçiciləri 7 fevralda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.