YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Əsrə bərabər 20 il

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Goranboy rayon ziyalılar və ağsaqqalları, Aşağı və Yuxarı Ağcakənd, Qarqucaq və Zeyvə kənd seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Nürəddin Həsənov, Rəddin Məmmədov, Cavid Mustafayev, İlhamə Qasımova, İsgəndər Səklikov, İbrahim Həsənov, Kəmalə İsmayılova, Ruslan Əmrahov, Xalis Orucov və Sayad Quliyev çıxış ediblər.

Natiqlər son 20 ilin Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu, gələcək inkişaf konsepsiyasının uğurlu icrası üçün növbəti dövrdə cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsinin olduqca zəruri olduğunu bildiriblər. Onlar seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmçinin rayonun Börü kənd seçiciləri ilə fərdi və rayonun ən yaşlı seçicisi 104 yaşlı Musayeva Alya Vəli qızı ilə fərdi görüş də keçirilib.