YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə yeni qələbələrə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Şirvan şəhərində və Bayramlı qəsəbəsində yaşayan seçicilərlə fərdi görüşlər keçirilib.

Görüşdə təşviqat qrupunun üzvləri Amil İsrayılov, Natiq Kərimli çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən, habelə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən bəhs edilib.

Natiqlər əminliklə ifadə ediblər ki, xalqımız müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək seçkilərə qatılaraq Azərbaycanın xoşbəxt gələcəyinə - ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər.

Seçicilər də artıq seçimlərini etdiklərini və fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.