YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Barak Obamaya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya ad günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan ilə Birləşmiş Ştatları dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin təmin edilməsində, ən qaynar nöqtələrdə sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm amillərindəndir.

İkitərəfli münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin genişlənməsinə Sizin töhfəniz dəyərlidir.

Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.”

DİGƏR Xəbərlər Arxiv