YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəngilanlı seçicilərlə növbəti görüş

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Abşeron rayonunun Masazır  qəsəbəsində məskunlaşmış zəngilanlı seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Qalib xalqın, qalib Lideri!” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Vətən müharibəsi qazisi  Zakif Abbasov, təşviqat qrupunun üzvləri Xuduş İsgəndərov və Almas Osmanova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq siyasəti barədə danışaraq qeyd ediblər ki, Böyük Qayıdışın reallaşdırılması prosesi uğurla davam edir.

Natiqlər seçiciləri fevralın 7-də Azərbaycanın işıqlı sabahına, Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.