YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yasamal rayonunda seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Yasamal rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, partiyanın Mərkəzi təşviqat qrupunun üzvü Rəna Mirzəzadə, təşviqat qrupunun üzvləri Zahid Cəfərov, Qurban Məmmədov, İbrahim Zeynalov və Əlimusa İbrahimov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri məhz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsidir. Qürurvericidir ki, müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir.

Seçicilər qarşıdan gələn prezident seçkilərində haqq-ədalətə, suveren Azərbaycanın xoş-firavan gələcəyinə, cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün Yasamal rayonunun müxtəlif ərazilərində seçicilərlə fərdi görüşlər də keçirilib.