YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə yeni zəfərlərə!

Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Sumqayıt şəhərində Nəriman Nərimanov adına Mədəniyyət evində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, qazi Elvin Qəhrəmanov, təşviqat qrupunun üzvləri Hümbət Quliyev, Arzu Bəndəliyeva, Mətanət Məhərrəmova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, sözü imzası qədər dəyərli və keçərli olan Müzəffər Ali Baş Komandan İlham Əliyev prezidentlik fəaliyyəti ərzində xalqına verdiyi bütün vədləri yerinə yetirib. Xalqımızın 20 il əvvəlki seçimi bugünkü Azərbaycanın dünya miqyasında güclü ölkələr sırasına çıxmasını şərtləndirib. Bu gün xalqımız haqlı olaraq öz tarixinin şanlı səhifələri üçün cənab İlham Əliyevə minnətdardır.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmin gün Corat qəsəbəsində şəhid Nazif Mədinovun ailə üzvləri də ziyarət olunub.