YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirən Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də  Naftalan şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naftalan şəhər  təşkilatının sədri Rövlan Heydərov, YAP Veteranlar Şurasının üzvü  Tahir Məmmədov, təşviqat qrupunun üzvləri Zülfümar Nuriyeva, Elsivar Qəmbərov, Ramil Bayramov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub.

Natiqlər seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.