YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəy rayonunun Mormor və Şınıx kəndlərində seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Gədəbəy rayonunun Mormor və Şınıx kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşviqat qrupunun üzvləri Nizami Zeynalov, Bəhman Qarayev, şəhid atası Binnət Qasımov, Vətən müharibəsinin iştirakçıları Ayaz Hüseynov, Kamran Məhərrəmov və başqaları çıxış ediblər. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Sözsüz ki, Azərbaycan xalqı bu dəfə də özünün xoşbəxt və firavan gələcəyinin qarantı olan cənab İlham Əliyevə səs verəcək. 

Seçicilər isə fevralın 7-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə həyata keçirən, Azərbaycanı işıqlı sabaha aparan, torpaqlarımızı düşməndən xilas edən Liderimiz cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Həmçinin, təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Mormor kəndində seçicilərlə fərdi görüş də keçirilib.