YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfərlərə davam!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Kəngərli rayon təşkilatının qərargahında seçicilərlə  görüş keçirilib.

Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva,  təşviqat qrupunun üzvləri Vəli Əsədov, Mirabdulla Seyidov, Əfsanə Hüseynova  çıxış ediblər. Çıxış edənlər Heydər Əliyev siyasi məktəbinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 il ərzində keçdiyi sürətli inkişaf yolundan geniş bəhs ediblər. Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabr ayında lokal antiterror əməliyyatları zamanı qazandığı tarixi Zəfər dövlətimizin çoxəsrlik tarixində ən şərəfli hadisələrdir.

Natiqlər seçiciləri qarşıdan gələn 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də yeni zəfərlər naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.