YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağsu rayonunda seçicilərlə fərdi görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Ağsu rayonunun Bico, Gəgəli  kəndlərində və Ağsu şəhəri Ş.Hacıyev küçəsində seçicilərlə fərdi görüşlər keçirilib.

Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, təşviqat qrupunun üzvləri Tahir Xası, Elnur Fərzəlizadə, Sanif Həsənov və İslam Bəhrəmov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə bildiriblər ki, 7 fevralda hamılıqla seçki məntəqələrinə gedərək qalib xalqın qalib Liderinə səs verəcəklər.