YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa Zəfər bəxş etmiş Ali Baş Komandan

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Beyləqan şəhəri Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təbliğat qrupunun üzvləri Etibar İmanov, Fədayət Rüstəmov və Xəyalə Kərimova çıxış ediblər. Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin uğurları barədə geniş məlumat veriblər. Qeyd edilib ki, Azərbaycan Respublikası son 20 ildə çox böyük bir inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu illər ərzində cənab İlham Əliyev bütün vədlərini yerinə  yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha təsdiqləyib. Bütün bunların sübutu isə, Azərbaycanın Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını təsdiq edən möhtəşəm Zəfərdir.

Natiqlər seçiciləri 7 fevral tarixində məntəqələrə gedərək Azərbaycana Zəfər bəxş etmiş Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, kampaniya çərçivəsində həmçinin Beyləqan şəhəri ərazisində üç şəhid ailəsi ziyarət olunub.