YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük və şərəfli yol

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Biləsuvar rayonunda seçicilərlə növbəti  görüş keçirilib.

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvləri Rafət İsayev, Mirhənifə Mirsultanov, Bəhruz Əliyev və Mehman Əliyev çıxış ediblər. Qeyd olunub ki, son 20 il ərzində dövlətimiz böyük və şərəfli yol keçib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib. 

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə tarix zəfərlərin müəllifi olan  Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini qeyd ediblər. 

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.