YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Avstriyadakı səfirliyində səsvermə prosesinə start verilib

Növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycanın Avstriyadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 44 saylı seçki məntəqəsində səsvermə prosesinə start verilib.

Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Seçki məntəqəsi lazımi əyani vəsaitlə təmin edilib, burada səs verəcək seçicilərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilib. Konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşları seçkilər barədə məlumatlandırılıb.

Seçki məntəqəsində səsvermə prosesində yüksək fəallıq müşahidə olunur. Səsvermə prosesi qanunauyğun qaydada davam edir.