YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əsədov: Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması hökumət qarşısında ən önəmli vəzifə olaraq duracaq

Növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi sənaye kompleksinin təkmilləşdirilməsi, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi əsas prioritetlər olacaq.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir vəzifəsini icra edən Əli Əsədov bildirib.

Ə.Əsədov qeyd edib ki, cəmiyyətimizin həyatının bütün sahələrində, o cümlədən sosial sahədə inkişaf dövlətimizin başçısının hər zaman diqqət mərkəzində olub və olacaq. Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi hökumət qarşısında ən önəmli vəzifə kimi duracaq.