YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin və cəmiyyətin inkişafı üçün yol xəritəsi

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev sözün əsl mənasında tarixi çıxışıından 4 il ötür.  Bu tarixi çıxışında cənab Prezident həm ölkəmizdə həyata keçirilən siyasət, həm parlamentin işinin necə qurulması, həm də bütövlükdə Azərbayan cəmiyyətinin bundan sonrakı mərhələlərdə inkişafına dair çox mühüm, önəmli fikirlər bildirdi, dəyərli tövsiyələrini səsləndirdi. Ötən illərdə həyata keçirilən siyasətin nəticələrini təhlil etdikdə həmin çıxışında ölkə rəhbəri tərəfindən irəli sürülən fikirlərə Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafı üçün yol xəritəsi kimi qiymət vermək olar.

Cənab Prezident çıxışında parlament seçkilərinə qiymət verərək belə bir fikir səsləndirdi ki, bu seçki Azərbaycan xalqının iradəsini əks etdirir. Dövlətimizin başçısı qeyd edib: “Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir”. 

Çoxpartiyalı parlamentin formalaşmasını demokratik idarəetmənin əsas komponenti kimi xarakterizə edən ölkə başçısı bildirib ki, sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Milli Məclisi qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, ölkəmizin quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinin vacibliyini qeyd edən Prezident İlham Əliyev bildirmişdir: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlər səsləndirən cənab Prezident qeyd etdi ki, bu məsələdə parlamentin dəstəyi daha təsirli olmalıdır, deputatlar beynəlxalq təşkilatlarda haqq işimizi daha fəal şəkildə təbliğ etməlidirlər.  

Elə həmin ilin payızında Qarabağ probleminin həll olunması və tarixi Zəfər göstərdi ki, cənab İlham Əliyev proseslərin bilavasitə idarəedicisi kimi yaxın vaxtlarda bu işlərə start veriləcəyini işarə edərək cəmiyyətin dövlətlə birlikdə hərəkət etməsinin vacibliyini ön plana çəkmişdir.  

Məhz həmin siyasətin nəticəsi olaraq Azərbaycan 30 illik işğala son qoymaqla öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Cənab İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasət öz bəhrəsini verdi.