YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı partiya fəallarının iştirakı ilə ağacəkmə aksiyası keçirib.

Aksiya zamanı Viləş çayı sahilində salınmış “Vətən bağı” ərazisində 50 ədəd sərv ağacı əkilib.

Ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.