YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP veteranları ilə görüş keçirib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını anadan olmalarının 70 və 75 illiyi münasibətilə təbrik edib. O bildirib ki, veteranlar hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirib, partiyaya bağlılıqlarını əməli fəaliyyətləri ilə təsdiq ediblər.

Görüşdə 75 yaşı tamam olan, fəaliyyəti dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən “Respublikanın Əməkdar həkimi” fəxri adına layiq görülmüş Zeynəb Əliyeva, həmçinin 70 yaşı tamam olan partiya fəalı Akif Əlişov çıxış edərək Ümummilli Liderin yaratdığı partiyanın üzvü olmaqdan qürur duyduqlarını bildiriblər. Onlar partiya sıralarında olduqları illər ərzində yaşadıqları xatirələrdən danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı qələbələrdən fəxarət hissi keçirdiklərini vurğulayıblar.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya veteranları təşkilatın fəxri fərmanları ilə təltif edib, onlara hədiyyələr təqdim olunub.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.