Xəbərlər
Tərtərdə partiya veteranları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında yubiley yaşında olan partiya veteranları ilə görüş keçirilib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov partiya veteranlarını yubileyləri münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd olunub ki, partiya veteranları Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqlənirlər.
Yubilyarlar Kamil Məmmədov, Saleh Qəhrəmanov, Fizuli Əliyev göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonda partiya veteranlarına yubileyləri münasibətilə fəxri fərman və hədiyyələr təqdim olunub.
