YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Tədbir iştirakçıları mərkəzdə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı ömür yolundan bəhs edən kitab sərgisi və muzey eksponatları ilə tanış olublar. Ziyarətçilərə Ulu Öndərin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.