Xəbərlər
Naftalanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Naftalan rayonunda müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Anım tədbirində Naftalan Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən, ŞİH başçısının müavini Arzu Məmmədov, şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, şəhər Məhkəməsinin sədri Ayaz Səlimov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş foto-eksponatlara baxış keçirilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsinə də qatılıblar.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər barədə danışıblar.
