YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan qadını: Güclü ailə, güclü cəmiyyət, güclü dövlət”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan qadını: Güclü ailə, güclü cəmiyyət, güclü dövlət” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, şəhid Teymur Abbasovun anası Başxanım Abbasova, “H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev və  “AM.Şərifzadə küç.204” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Gülər Quluzadə çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan qadını tarix boyu milli-mənəvi dəyərlərin qorunmasında və yaşadılmasında müstəsna rol oynamışdır. Azərbaycan qadınının həm müdrikliyi, həm də əzmi ilə tarixdə iz qoyduğu, həmçinin müstəqillik dövründə milli dövlət quruculuğunda fəal iştirak etdiyi bildirilib.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra fərman və sərəncamlar imzalanıb.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Sonra bir qrup şəhid anası və rayonun ictimai-siyasi həyatında rol oynayan xanımlara hədiyyələr təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.