Xəbərlər
Şəhid Kazımov Vüsal Vüqar oğlunun əziz xatirəsi yad edilib
Şuşa istiqamətində hərəkət edən hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri Kazımov Vüsal Vüqar oğlunun ölümünün ildönümü ilə əlaqədar xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Hərbi Memorial Məzarlığında keçirilən anım mərasimində şəhidin ailə üzvləri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, RİH aparatının məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla anıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Anım mərasiminin yekununda Hərbi Memorial Kompleksdə dəfn olunmuş digər şəhidlərin də əziz xatirəsi yad edilib, qəhrəman Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.
