YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mülki infrastruktura dron hücumu molla rejiminin acizlik və qorxaqlığının əlamətidir

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü

İran İslam Respublikası ərazisindən Naxçıvana edilən dron hücumu xəyanət, nankorluq və riyakarlığın göstəricisidir. Azərbaycan daim İranla dinc münasibətlərin, mehriban qonşuluğun tərəfdarı olub. Əvvəllər də, İrana qarşı başlayan son hərbi əməliyyatlar ərəfəsində də Azərbaycan rəhbərliyi ərazilərimizdən qonşu ölkəyə hücum üçün icazə verilməyəcəyini bəyan edib. Son olaraq dünən Prezident İlham Əliyev İran İslam Respublikasının Bakıdakı səfirliyində olub, bu ölkənin ali dini liderinin həlak olması ilə əlaqədar başsağlığı verib.

Bu gün isə nankor qonşumuz Naxçıvan aeroportuna və məktəb ərazisinə dron zərbəsi endirib. Mülki infrastruktura dron hücumu təşkil etmək panikada olan molla rejiminin acizlik və qorxaqlığının əlamətidir. Beynəlxalq hüquqa zidd olan bu hücuma görə birbaşa İran İslam Respublikasının rəhbərliyi məsuliyyət daşıyır.

Prezident İlham Əliyevin bu gün Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, bu hücum İran tərəfindən Azərbaycana qarşı törədilən terror aktidir və cavabsız qalmayacaq. İran rəhbərliyi qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirməli və belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görməlidir. Əks halda dövlət başçımızın da vurğuladığı kimi, istənilən bəd qüvvə bizim “Dəmir yumruğ”umuzun gücünü görəcək!

DİGƏR Xəbərlər Arxiv