Xəbərlər
Xaçmazda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.
Qadın ərazi partiya təşkilat (ƏPT) sədrləri, şəhid anaları, partiya veteranları və fəallarının iştirak etdikləri tədbirdə Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov xanımları təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin qadınlara göstərdiyi diqqət və qayğıdan danışıb, Ümummilli Liderin əsasını qoyduğu gender siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Daha sonra partiya veteranı Sürəyya Əmirova, şəhid anaları Bibixanım Mirzəməmmədova, Nərgiz Veyisova, Validə Hacıyeva, ƏPT sədrlərindən Sevinc Sədullayeva, Məhəbbət Zeynalova, Telnaz Adıgözəlova çıxış ediblər.
Sonda bir qrup partiya fəalına fəxri fərman, tədbir iştirakçılarına isə qiymətli hədiyyələr təqdim edilib.
